Qazlı su içdi və bir gün sonra öldü
25 sentyabr 2021 05:25 (UTC +04:00)

Qazlı su içdi və bir gün sonra öldü

Çin sakini olan bir gənc 10 dəqiqə ərzində 1 litr yarım qazlı su içib və ertəsi gün ölüb.

Lent.az xəbər verir ki, sərinləşdirici içki içdikdən altı saat sonra 22 yaşlı gəncin qarnında şiddətli ağrılar başlayıb.

Bundan sonra o, şişkinlikdən şikayətlənərək Pekin xəstəxanasına müraciət edib.

Həkimlər xəstəni müayinə edərkən pnevmatoz (bağırsaq divarında hava kistlərinin əmələ gəlməsi və qaraciyər işemiyası) aşkar ediblər. Bundan başqa, gəncin ürək döyüntüsü və tənəffüsü, qan təzyiqi aşağı düşüb. 12 saatdan sonra onun qan testləri qaraciyərin zədələndiyini göstərib. Daha sonra vəziyyəti pisləşib və klinikaya yerləşdirildikdən 18 saat sonra ölüb.

Çinli həkimlər hesab edirlər ki, xəstənin kolanı çox tez içməsi səbəbindən bədənində çox miqdarda karbon qazı yığılıb. Bu, qaraciyərdə oksigen çatışmazlığına səbəb olub. Həkimlər qaraciyərin əsas qan damarlarından biri olan qapı damara bağırsaqlardan qaz sızdığını əlavə ediblər.

# 1509
avatar

Oxşar yazılar