Qayınana müavinət üstündə gəlinini öldürtdü
04 yanvar 2026 22:53 (UTC +04:00)

Qayınana müavinət üstündə gəlinini öldürtdü

0

Hindistanda 60 yaşlı qadın müavinə üstündə gəlininin qətlini təşkil edib.

Lent.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Hadisə Maharaştra ştatında baş verib. 35 yaşlı Rupali Qanqurdenin cəsədi başından xəsarət almış vəziyyətdə tapılıb. Polis əvvəlcə bunu bədbəxt hadisə hesab edib.

Müstəntiqlər daha sonra cinayətin sifarişli qətl olduğunu öyrəniblər.

Məlumata görə, Rupalinin həyat yoldaşı 2025-ci ilin sentyabrında həlak olub və hökumət ona xüsusi müavinət ayırıb. Qadının qayınanası bu pulu ona verməsini tələb edib. O həmçinin oğlunun ölümündən sonra onun işinin gəlininə deyil, 15 yaşlı nəvəsinə verilməsinə israr edib.

Müstəntiqlərin sözlərinə görə, qayınana Latabai Qanqurde gəlininin ölümünü 67 yaşlı tanışına sifariş edib. Kişi Rupalini dəmir parçası ilə başından vurub, daha sonra cəsədi aparıb körpünün yanına atıb. Həm sifarişçi, həm də qatil həbs olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1022

Oxşar yazılar