Putin  hərbi hədəfləri   dəyişməli olacaq - Pentaqon
18 sentyabr 2022 20:40 (UTC +04:00)

Putin hərbi hədəfləri dəyişməli olacaq - Pentaqon

Kremlin rəhbəri Vladimir Putin Ukraynadakı müharibənin məqsədlərini dəyişməli olacaq, çünki hərbi məğlubiyyət və resursların çatışmazlığı Rusiyanın ilkin niyyətlərinə nail ola bilmədiyini sübut edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu Pentaqonun kəşfiyyat rəhbəri, general-leytenant Skott Berrier kəşfiyyat və daxili təhlükəsizlik üzrə konfransda deyib.

"İndi biz o yerə çatmışıq ki, fikrimcə, Putin öz "əməliyyatı"nın məqsədlərini yenidən nəzərdən keçirməli olacaq. Çünki indi tam aydındır ki, o... əvvəllər etmək niyyətində olduğunu həyata keçirə bilmir", - Amerika rəsmisi bildirib.

Pentaqon xatırladıb ki, Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Nəticədə, altı ay davam edən uğursuz döyüşlərdən sonra ukraynalı hərbçilər Rusiya hərbçilərini Xarkov vilayətindən sıxışdırıb çıxara biliblər.

"Ruslar əraziləri ələ keçirməyi planlaşdırırdılar və bunun əksi baş verdi”, - Berrier deyib.

Onun sözlərinə görə, Putin Rusiyada ümumi səfərbərlik keçirmək istəmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2631
avatar

Oxşar yazılar