Polisi öldürən "Müsəlman Qardaşlar"nın 3 üzvü EDAM OLUNACAQ
28 sentyabr 2021 07:18 (UTC +04:00)

Polisi öldürən "Müsəlman Qardaşlar"nın 3 üzvü EDAM OLUNACAQ

0

Misir məhkəməsi polis serjantını öldürdüyünə görə ölkədə qadağan olunmuş "Müsəlman Qardaşlar" terror təşkilatının üç üzvünə edam cəzası verib.

APA xəbər verir ki, bu barədə “Axbar əl-Yom” portalı məlumat yayıb.

Qeyd edək ki, hadisə 2015-ci ilin mart ayında Əl-Mansur şəhərində Dakahliyya əyalətində baş verib.

Xidmətdən qayıdan polisə 19 terrorçu tərəfindən 100-dən çox atəş açılıb. Polis hadisə yerində ölüb. Yaxınlıqda olan daha bir neçə yerli sakin yaralanıb. 

Terrorçulardan yeddisi hələ də axtarışdadır. “El-Mansoura” məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərdən 9-una ömürlük həbs cəzasına (25 il Misirdə), biri 10 il həbs cəzasına məhkum edilib. 6 nəfərə barəsində isə bəraət hökmü çıxarılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1671

Oxşar yazılar