Maraqlı hadisə Fransanın Morbihan departamentində baş verib.
Lent.az xəbər verir ki, yeni il bazarına gələn müştərilərdən biri sərxoş halda insanları söyüb təhqir edib. Satıcılar təhlükəsizlik xidmətinə müraciət etsələr də faydası olmayıb. Aqressiv şəxslə mühafizəçi də bacarmayıb və vəziyyətə bayram bazarındakı Şaxta baba müdaxilə edib.
O, Şərq döyüş fəndi ilə aqressiv davranan şəxsi bir neçə saniyədə yerə yıxaraq qollarını burub. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn polislər “Şaxta baba”nı tanıyıb. Sən demə, “Şaxta baba” bir neçə ay əvvəl təqaüdə çıxmış polis mayorudur və cüdo üzrə qara kəmər sahibidir.