Peyvənd vurduranlar 10 mənzil sahibi ola biləcəklər 
19 oktyabr 2021 22:24 (UTC +04:00)

Peyvənd vurduranlar 10 mənzil sahibi ola biləcəklər 

Oktyabrın 18-dən noyabrın 21-dək koronavirus peyvəndinin birinci və ya ikinci dozası ilə peyvənd edilən Moskva sakinləri paytaxtdakı mənzillərə sahib ola biləcəklər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Moskva şəhər merinin rəsmi saytında məlumat verilib. 

“Oktyabrın 27-dən başlayaraq beş həftə ərzində hər həftə Moskvada iki otaqlı iki mənzilə sahib olmaq üçün lotereya oynanılacaq. Çəkilişlərdə Rusiyanın yetkin vətəndaşları iştirak edə biləcəklər. Bunun üçün CoViD-19 peyvəndinin ilk komponentini almalı və ya 18 oktyabrdan 21 noyabradək təkrar peyvənd olunmalısınız. Peyvənd məntəqələrində, çəkilişdə iştirak etmək üçün razılıq verməlisiniz", - məlumatda vurğulanır.

Püşkatma mərasimi beş həftə ərzində hər çərşənbə günü "Moskva 24" telekanalında keçiriləcək. Qaliblər yayım zamanı açıqlanacaq və adları mos.ru saytında yayımlanacaq.


 

# 1500
avatar

Oxşar yazılar