Peyvənd üçün adam gətir, 50 frank qazan – YENİ KAMPANİYA
02 oktyabr 2021 16:14 (UTC +04:00)

Peyvənd üçün adam gətir, 50 frank qazan – YENİ KAMPANİYA

0

İsveçrə hökuməti əhalini koronavirus infeksiyasına qarşı peyvənd vurdurmağa cəlb etmək üçün yeni kampaniyaya başlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin federal şurası tibb müəssisələrinə peyvənd olunmaq üçün gətirilən hər adama görə 50 frank ödəyəcək. 

Məqsəd peyvəndləmənin sürətini artırmaqdır. Mükafat real pulla deyil, kuponlarla veriləcək. Hazırda hökumət kuponun işlənilmə mexanizmi barədə düşünür. Çox güman ki, kupon yalnız istirahət yerləri ilə məhdudlaşacaq: kinoteatr, restoran və digər əyləncə müəssisələri.

Qeyd edək ki, oxşar təşviqat kampaniyası digər ölkələrdə də şamil edilib. Sentyabrın ortalarında Rusiyada hər biri 100 min rubl olmaqla 500 həvəsləndirici mükafat ayrılıb. Qaliblərin adları Sağlamlıq Bonusu layihəsinin rəsmi saytında əks edilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1407

Oxşar yazılar