Lloyd Ostin
06 yanvar 2022 08:28 (UTC +04:00)

Lloyd Ostin

Pentaqon: Müdafiə naziri COVID-19-a yoluxsa da İŞ BAŞINDADIR

“ABŞ-ın müdafiə naziri Lloyd Ostin COVID-19-a yoluxmasına baxmayaraq, aktiv şəkildə işləməyə davam edir, vəziyyəti heç bir narahatlıq yaratmır”.

APA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi növbəti brifinqdə bildirib.

"Nazir, əlbəttə ki, COVID xəstəsi olaraq qalır. Ancaq simptomlar yüngüldür, bir az öskürür. Naziri müayinə üçün ABŞ paytaxtının ətraflarında yerləşən Uolter Rid adına Hərbi Tibb Mərkəzinə aparmağa belə ehtiyac qalmayıb”.

Kibri əlavə edib ki, diaqnoz qoyulandan sonra Ostinin müalicəsi evində aparılır: “Əhval-ruhiyyəsi yaxşıdır, müxtəlif virtual görüşlərdə və digər oxşar iş tədbirlərində iştirak edir. Yaponiya ilə "2+2" formatında virtual danışıqlarda iştirak edəcək. Deməzdim ki, bu həftənin sonuna qədər işə qayıtmasını gözləməzdim”. 

Qeyd edək ki, 68 yaşlı nazir yanvarın 2-də koronavirusa yoluxduğu məlum olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080
avatar

Oxşar yazılar