Paytaxt susuz  qala bilər
11 sentyabr 2024 02:39 (UTC +04:00)

Paytaxt susuz qala bilər

Kiyev Desna çayının çirklənməsi səbəbindən su təchizatında böyük problemlərlə üzləşib.

Lent.az “STRANA.ua”ya istinadən xəbər verir ki, bunu Ukrayna paytaxtının su təsərrüfatı rəhbərinin müavini Vladimir Kostyuk bildirib.

Onun sözlərinə görə, Desna çayı Kiyev sakinləri üçün təmizlənmiş içməli suyun 70%-ni təşkil edir.

“(Kiyevi – red) Bu həcmdə su ilə təmin etmək üçün alternativ yoxdur”, - Kostyuk qeyd edib.

Kostyuk vurğulayıb ki, sözügedən problem ciddi fəsadlara yol açacaq və paytaxtın su təchizatı sistemində disbalans yaradacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5118
avatar

Oxşar yazılar