Ermənistanın baş naziri Nikol Paşinyan
23 sentyabr 2021 08:48 (UTC +04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan

Paşinyanı "Facebook"da təhqir edən şəxs axtarışa verildi

Ermənistanda baş nazir Nikol Paşinyanın “Facebook” səhifəsindəki fotoşəkli altında təhqiredici şərh yazılması ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən bildirilib.

“137.1-ci maddə ilə - “İctimai fəaliyyətinə görə bir şəxsi ağır təhqir etmək” maddəsi ilə cinayət işi başlanılıb. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın “Facebook”dakı şəklinin altında təhqir dolu rəy yazılması ilə bağlıdır”, - məlumatda belə deyilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şərhi yazan şəxsi müəyyən etmək üçün tədbirlər görür.

# 1527
avatar

Oxşar yazılar