Paris dağılır: Yeniyetməni öldürən polisə daş atdılar
28 iyun 2023 04:30 (UTC +04:00)

Paris dağılır: Yeniyetməni öldürən polisə daş atdılar

Fransada Nanterdə başlayan iğtişaşlar Paris və ətraf ərazilərə qədər genişlənib.

Lent.az-ın BFMTV kanalına istinadən verdiyi məlumata görə, iyunun 27-də Nanterre şəhərində polis əməkdaşları onların tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı yeniyetməni güllələyiblər.

Günün ikinci yarısında sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına etiraz çağırışları səslənməyə başlayıb.

Bir qrup şəxs mərhumun evinin yaxınlığında və hakimiyyət orqanlarının inzibati binasının qarşısına toplaşıb.

Buna cavab olaraq polis bölmələri, o cümlədən xüsusi cavab bölmələri şəhərətrafı ərazilərə göndərilib.

Etirazçılar polislə toqquşub. Barrikadalar qurmağa başlayan etirazçılar polisə daş və yandırıcı qarışıqlar atıblar.

Polis gözyaşardıcı qazla cavab verib.

Şəhər prefekturasından verilən məlumata görə, etirazçılar həmçinin üç avtomobili yandırıblar.

Artıq 9 nəfər həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42