Roma Papası Fransisk
06 yanvar 2022 02:22 (UTC +04:00)

Roma Papası Fransisk

Papası uşaq əvəzinə it-pişik saxlayanlara nələr demədi: "Bu, gülüş doğursa da..."

Bir çox insanlar ailəni artırmaq əvəzinə ev heyvanları saxlamağa üstünlük verirlər. Onlar  öz eqoistliklərini göstərirlər”.

Lent.az-ın “The Guardian”a istinadən məlumatına görə, bunu Roma Papası Fransisk deyib. 

Papa bildirib ki, analıq və atalıq dəyərləri qorunmadan sivilizasiya məhv olacaq: “Bu gün biz eqoizmin bu formasını görürük, bəzi insanların uşaq sahibi olmaq istəmədiyini görürük. Bəzən bir övlad olur və bununla kifayətlənirlər. Lakin uşaqları itlər və pişiklərlə əvəz edənlər də var. Bu, gülüş doğursa da, həqiqətən belədir!".

Nəşr qeyd edib ki, 266-cı Roma papası Fransisk heyvanlara məhəbbət göstərsə də, keçmiş yepiskop XVI Benediktdən fərqli olaraq, onun iqamətgahında ev pişiyi və it yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Oxşar yazılar