Pandemiya ilə əlaqədar Moskvada restoran və mağazalar bağlanmayacaq
16 dekabr 2020 08:14 (UTC +04:00)

Pandemiya ilə əlaqədar Moskvada restoran və mağazalar bağlanmayacaq

1

“Moskvada restoran və mağazaları bağlamaq planlaşdırılmır”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Moskva merinin birinci müavini Aleksey Nemeryuk "Rusiya-24" telekanalına açıqlamasında bildirib.

“Moskvada həm mağazalar, həm də restoranlar açıqdır. Tamamilə bağlanması üçün əsaslı səbəb yoxdur. Eyni zamanda, Yeni il tətilləri zamanı istirahət yerlərində əlavə məhdudiyyətlər nəzərdə tutulmur. Bütün buz meydançaları,  parklar Yeni il ərəfəsində və ondan sonra da işləyəcək”, - deyə Nemeryuk əlavə edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 919

Oxşar yazılar