Özünü Fransanın birinci xanımının bacısı oğlu kimi təqdim edən şəxs saxlanıldı
27 oktyabr 2021 06:11 (UTC +04:00)

Özünü Fransanın birinci xanımının bacısı oğlu kimi təqdim edən şəxs saxlanıldı

Fransada maraqlı hadisə baş verib. 

Lent.az-ın xəbərinə görə özünü Bricit Makronun bacısı oğlu kimi təqdim edən 35 yaşlı Paris sakininin məhkəməsi keçirilib. Məlum olub ki, təqsirləndirilən şəxs bu yolla dəfələrlə Yelisey sarayında VİP xidmətlərdən istifadə edib, ciddi şəkildə qorunan obyektlərə asanlıqla daxil olub. 

Saxta elektron poçtla müxtəlif məmurlara məktub yazarkən o özünü protokol xidmətinin rəhbəri kimi təqdim edib. Bundan başqa, o dəfələrlə xarici ölkələrə səfər edərək lüks otellərdə gecələyib, birinci xanımın statusuna aid avtomobillərin xidmətindən faydalanıb.

Məhkəmənin hökmü yaxın günlərdə məlum olacaq. 
 

# 8211
avatar

Oxşar yazılar