Nyu-Yorkda Kolombo mafiyasının rəhbəri saxlanıldı
15 sentyabr 2021 08:36 (UTC +04:00)

Nyu-Yorkda Kolombo mafiyasının rəhbəri saxlanıldı

ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Nyu-York polisi Kolombo ailəsi mafiya qruplaşmasının 9 üzvünü, həmçinin onun rəhbəri Endryu Russo və müavini Bencamin Kastelassonu həbs edib.

APA TASS-a istinadən xəbər verir ki, onlar korrupsiya və dələduzluqda şübhəli bilinirlər.

Əməliyyat zamanı 12 nəfər saxlanılıb, onlardan 9-u Kolombo klanının üzvüdür və ya onunla əlaqələri var. Telekanal xəbər verir ki, tez bir zamanda daha bir nəfərin də həbsi baş tuta bilər. Həbs olunanlara qarşı məhkəmədə ittiham irəli sürüləcək.

Kolombo ailəsi – Nyu-Yorkda mütəşəkkil cinayətlərə nəzarət edən ən böyük beş mafiya qrupundan biridir. Həbs edilənlərdən biri belə klanlardan olan Bonanno ailəsinin üzvüdür.

# 1182
avatar

Oxşar yazılar