2 dronla vətənə qayıtmağa vəhd edən Rusiya vətəndaşı Norveçdə saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Norveç polisi məlumat yayıb.
Bildirilib ki, 51 yaşlı Vitali Rustanov 2 dron, çox sayda foto və video ilə Storkoq nəzarət-keçid məntəqəsindən Rusiyaya keçərkən saxlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Qərarda göstərilir ki, Rusiya və İsrail vətəndaşlığına malik olan Rustanovun üzərindən 4 terabaytlıq yaddaş qurğusu da götürülüb. Yaddaş qurğusuna baxış keçirilərkən saxalanılan şəxsin Norveçdəki bütün strateji ərazilərdə dronla çəkiliş apardığı məlum olub.