Böyük Britaniyanın Baş naziri Boris Conson
22 sentyabr 2021 06:19 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson

Nəhayət ki, Baş nazir uşaqlarının sayını açıqladı - İLK DƏFƏ

Böyük Britaniyanın Baş naziri Boris Conson ilk dəfə 6 uşağının olduğunu təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Bildirilib ki, Britaniya mətbuatı uzun müddətdir ki, Consonun tam olaraq neçə uşağının olması barədə yazır. Baş nazir isə dəfələrlə şəxsi həyatı və uşaqları ilə bağlı heç bir məlumat verməyəcəyini bəyan edib.

Lakin bu dəfə jurnalistin “hazırda altı uşağınızın olmasını təsdiqləyirsizmi” sualına Conson “Bəli”, deyərək cavab verib. 

Qeyd edək ki, Consonun may ayında gizli mərasimdə evləndiyi Kerri Saymondsdan bir oğlu dünyaya gəlib. Bundan əlavə, baş nazirin sənətşünas Helen Makintayrdan qeyri-qanuni bir qızı, vəkil Marina Uilerlə qanuni nikahından isə 4 yetkin uşağı var.  

Baş nazir hazırkı həyat yoldaşından ikinci övladının dünyaya gəlməsini gözləyir.

# 2124
avatar

Oxşar yazılar