Qazaxıstanın ORDA.KZ saytının baş redaktoru Gülnarə Bajkenova Nazarbayevin qardaşı oğlu Samat Abışın saxlanılması ilə bağlı məlumatı təkzib edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə məlumat saytın rəsmi “Telegram” kanalında yayılmışdı.
“Nazarbayevin qardaşı oğlu Samat Abışın saxlanması barədə məlumat verən mənbəmiz səhv edib, bu məlumat təsdiqini tapmayıb”, - baş redaktor vurğulayıb.
***
15:36
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abış Almatıda saxlanılıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, əvvəllər Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) sədrinin birinci müavini vəzifəsindən azad edilən Abışın saxlanılmasının iki saat əvvəl baş verdiyi bildirilir.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Comart Tokayev sələfi Nursultan Nazarbayevi Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad edib.