Napoleonun üçkünc şlyapası satışa çıxarıldı
15 sentyabr 2021 06:02 (UTC +04:00)

Napoleonun üçkünc şlyapası satışa çıxarıldı

Fransa imperiyasının yaradıcısı Napaleon Bonapartın üçkünc şlyapalarından biri çərşənbə günü “Sotheby's”dakı “İncəsənətə təsir: Napoleon” adlı onlayn satışda əsas lot olacaq.

Lent.az "report"a istinadən xəbər verir ki, bu barədə hərrac evinin saytında bildirilir.

Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu üçkünc şlyapadan istifadə edibi və Tilzitdə Rusiya imperatoru I Aleksandrla bu şlyapa ilə görüş keçirib. Ekspertlər bildiriblər ki, baş geyimi onun indiki sahibinə azı 600 min avro gəlir gətirəcək

Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatoruna məxsus təxminən 1 000 əntiq əşya satışda olacaq. Üçkünc şlyapadan başqa, hərracda həmçinin Napoleonun kiçik qardaşının naxış açılmış gerblərinin olduğu şamdanlar, Belçika rəssamı Ceyms Ensorun karikaturası (300-500 min avro) və digər əntiq əşyalar satılacaq.

# 1362
avatar

Oxşar yazılar