Myanmada koronavirus yoxlama məntəqəsində partlayış nəticəsində iki nəfər ölüb
14 sentyabr 2021 04:14 (UTC +04:00)

Myanmada koronavirus yoxlama məntəqəsində partlayış nəticəsində iki nəfər ölüb

 

Myanmanın Mandalay şəhəri yaxınlığında koronavirus yoxlama məntəqəsində partlayış baş verib.

APA Sinxua agentliyinə istnadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər  yaralanıb.

Hadisə Aunmyetazan qəsəbəsində qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Ölən və yaralananlar arasında Myanma təhlükəsizlik işçiləri və mülki şəxslər var. 

Polis partlayışla bağlı şübhəlilərin axtarışına başlayıb.
 

# 741
avatar

Oxşar yazılar