Musiqi festivalında bir günə 121 telefon oğurladı
22 avqust 2024 10:53 (UTC +04:00)

Musiqi festivalında bir günə 121 telefon oğurladı

İsveçrədə bir nəfər festival qonaqlarından 100-dən çox smartfonu oğurlayaraq İtaliyaya aparmağa cəhd edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Sürix-Milan qatarında sərnişindən gömrükçülər tərəfindən 121 telefon, o cümlədən 71 “iPhone” və 29 “Samsung” cihazı aşkar edilib. Kişinin daşıdığı bütün qurğular folqa ilə bükülü olub və məlum olub ki, telefonları oğurlayıb.

Polisin məlumatına görə, bütün telefonlar Sürixdə avqustun 10-da baş tutan “Street Parade” musiqi festivalının ziyarətçilərinə məxsus olub. Baqajında qadcetlər olan 40 yaşlı Rumıniya vətəndaşı yerindəcə həbs edilib.

Bildirilir ki, hazırda telefonların sahiblərinə qaytarılması üçün tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar