Mixail Qorbaçov
07 oktyabr 2021 18:51 (UTC +04:00)

Mixail Qorbaçov

Mixail Qorbaçov karantinə alındı: xəstəxanadadır

1

SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov koronavirusla əlaqədar karantinə alınıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Qorbaçov Fondunun mətbuat xidmətindən məlumat verilib.

“O, koronavirus xəstəsi deyil, ancaq elə bir yaşdadır ki, pandemiya zamanı xəstəxanada olmalıdır. Təbii ki, Rusiyadadır. Unutmamalıyıq ki, onun artıq 90 yaşı var, ona görə də belə tədbirlər görülüb. Sadəcə karantindədir”, - fonddan bildirilib. 

Mətbuat xidməti, epidemioloji vəziyyətin yaxşılaşmadığı üçün Qorbaçovun tibb müəssisəsindən nə vaxt ayrılacağının hələ də bəlli olmadığını açıqlayıb. Eyni zamanda, qeyd edilib ki, SSRİ-nin keçmiş prezidenti özünü yaxşı hiss edir, daim işləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2457

Oxşar yazılar