Misirdə yol qəzasında 12 nəfər öldü: 6 yaralı...
28 dekabr 2020 04:20 (UTC +04:00)

Misirdə yol qəzasında 12 nəfər öldü: 6 yaralı...

0

Misirdə mikroavtobusla yük maşınının toqquşması nəticəsində azı 12 nəfər ölüb, 6 nəfər yaralanıb.

APA “Ahl Masr” xəbər portalına istinadən xəbər verir ki, hadisə Asuan əyalətində baş verib. 

Əyalətin valisi Əşrəf Attiyyə bildirib ki, yol qəzası Qahirə istiqamətindəki magistralda qeydə alınıb.

Qəzanın başvermə səbəbi barədə açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1095

Oxşar yazılar