Meymunçiçəyi  yayılır - fövqəladə vəziyyət elan edildi
13 avqust 2024 23:12 (UTC +04:00)

Meymunçiçəyi yayılır - fövqəladə vəziyyət elan edildi

Afrikada meymunçiçəyi epidemiyası (mpox) səbəbindən fövqəladə vəziyyət elan edilib.

Lent.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, xəstəlik Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılıb.

Bildirilib ki, Konqoda meymunçiçəyi epidemiyası “Clade I” kimi tanınan endemik ştammın yayılması ilə başlayıb. Lakin sonra “Clade Ib” kimi tanınan yeni bir variant ortaya çıxıb və bu xəstəlik, xüsusilə uşaqlar arasında müntəzəm yaxın təmas vasitəsilə daha asan yayılır.

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Africa CDC) keçən həftə virusun yayılma sürətinin həyəcan verici olduğu barədə xəbərdarlıq edib.

Qeyd edilib ki, ilin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5126

Oxşar yazılar

Tramp üçüncü dəfə prezident olacaq? - Açıqlama

Tramp üçüncü dəfə prezident olacaq? - Açıqlama

1 aprel 2025 , 03:49
ABŞ-dan Çinə sanksiyalar - Bu şəxslərə məhdudiyyət qoyuldu

ABŞ-dan Çinə sanksiyalar - Bu şəxslərə məhdudiyyət qoyuldu

1 aprel 2025 , 02:20
İsrailli nazir istefa verdi - SƏBƏB

İsrailli nazir istefa verdi - SƏBƏB

1 aprel 2025 , 01:20
İrəvandan canlı yayım açan  türk blogerə cinayət işi  açıldı

İrəvandan canlı yayım açan türk blogerə cinayət işi açıldı

31 mart 2025 , 21:54
Netanyahunun  sözçüsü və müşaviri   həbs olundu

Netanyahunun sözçüsü və müşaviri həbs olundu

31 mart 2025 , 20:49
Məsciddə partlayış, 3 nəfər ölüb

Məsciddə partlayış, 3 nəfər ölüb

31 mart 2025 , 17:36
NATO genişmiqyaslı  təlimlərə başlayır

NATO genişmiqyaslı təlimlərə başlayır

31 mart 2025 , 07:18
Volkan Konak dünyasını dəyişdi

Volkan Konak dünyasını dəyişdi

31 mart 2025 , 05:53