İsveçrənin Novartis əczaçılıq şirkəti 1 400 iş yerini ixtisar edir.
Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, ixtisarlar əsasən idarə heyətini əhatə edəcək.
İxtisara düşəcək şəxslərin yarısı İsveçrədəki zavodlarda işləyir. Onların demək olar heç biri istehsalla məşğul olmur.
Qeyd edək ki Novartisin rəhbərliyi ötən ay keçirdiyi brifinqdə dünya üzrə 108 000 işçinin çox ixtisar ediləcəyini açıqlamışdı.