Aleksandr Şalyapin
25 yanvar 2021 10:57 (UTC +04:00)

Aleksandr Şalyapin

Məşhur komediyaçı özünü öldürdü

Moskvada tanınmış komediyaçı Aleksandr Şalyapin intihar edib.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Şalyapinin meyitini evdə həyat yoldaşı aşkar edib. Qadın təcili yardım çağırsa da, onun öldüyü məlum olub. 

Hüquq-mühafizə orqanları hadisənin necə baş verdiyini araşdırır. 

1979-cu ildə anadan olan Şalyapin televiziya tamaşaçılarına TNT televiziyasındakı Stand Up Show-dan tanışdır. Keçmişdə “KVN”də çıxış edib. Birinci kanaldakı “Böyük fərq” parodiya şousunda iştirak edib. 

# 1446
avatar

Oxşar yazılar