Fransa mediası məşhur aktrisa Bricit Bardonun 1 il ərzində peyvəndə münasibətinin necə dəyişdiyi barədə məlumat verib.
Lent.az-ın xəbərinə görə, ötən il vaksinlə bağlı suala cavab verərkən aktrisa demişdi: “Onun yan təsiri bəlli deyil. Minlərlə heyvan bu sınağa qurban gedəcək”.
Ötən gün isə Bardo bildirib ki, onun orqanizmi bütün kimyəvi maddələrə qarşı həssadır və allergeya verir: “Hətta Afrikaya gedəndə sarı qızdırmaya qarşı vaksindən imtina etdim. Həkimim mənə saxta peyvənd arayışı hazırladı. Getdim və gəldim. Hər şey qaydasınadır”.