Məscidə  hücum:   İbadət yeri  qan çanağına   çevrildi - FOTO
08 oktyabr 2021 15:57 (UTC +04:00)

Məscidə hücum: İbadət yeri qan çanağına çevrildi - FOTO

0

Əfqanıstanın Qunduz şəhərində cümə namazı zamanı baş verən hücum, ibadət yerini qan çanağına çevirib və çoxlu tələfatın olduğu bildirilir.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, yerli KİV-lər intiharçı-kamikadzenin bədənində partlayıcı maddə işə saldığını bildiriblər.

Sosial mediada paylaşılan ilk görüntülər, qan çanağına çevrilən məscidin içərisində bir çox cəsədin yerdə qaldığını görünür. Yerli mediadakı bəzi xəbərlərdə ölənlərin sayının 100-ə çata biləcəyi bildirilir.

Xəstəxanadakı mənbələr isə partlayış nəticəsində ən azı 50 nəfərin öldüyünü açıqlayıb. 

Digər xəbərə görə, İmam Bergah məscidində cümə namazı qılınarkən böyük bir partlayış baş verib, sonra böyük bir çaxnaşma yaşanıb.
 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1940

Oxşar yazılar