Meksika “Google”u məhkəməyə verəcək - Körfəzin adını belə dəyişib
13 fevral 2025 22:39 (UTC +04:00)

Meksika “Google”u məhkəməyə verəcək - Körfəzin adını belə dəyişib

Meksika hökuməti “Google Maps” xəritə xidmətində Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsinə görə şirkəti məhkəməyə vermək barədə düşünür.

Lent.az xəbər verir ki, bunu ölkənin prezidenti Klaudiya Şeynbaum deyib.

“Əgər onlar təkid etməyə davam etsələr, biz məhkəməyə müraciət etməyi düşünürük. Çünki onlar hətta Meksika ərazisində, bizim şelfimizdə [Meksika körfəzini Amerika körfəzi] adlandırırlar”, - Şeynbaum gündəlik mətbuat konfransında qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar