İlon Mask iki il “Tesla” səhmlərini satmayacağını söyləyib.
Lent.az xəbər verir ki, bu barədə sahbkar Reuters məlumat yayıb.
“Mən yəqin ki, iki il sonra “Tesla” səhmlərini satmayacağam. Gələn il mütləq heç bir şəraitdə və yəqin ki, gələcəkdə də olmayacaq”, - deyə sahibkar bildirib.
O hesab edir ki, gələn il iqtisadiyyat böyük tənəzzülə gedəcək, bununla əlaqədar yüksək qiymətli mallara tələbat azalacaq.
Mask şirkətin səhmlərini geri almağa hazırlaşdığını açıqlayıb və bu məsələ ilə bağlı yekun qərarın tənəzzülün miqyasına əsasən veriləcəyini vurğulayıb.
Daha əvvəl məlum olmuşdu ki, elektrik avtomobilləri istehsalçısı “Tesla”nın işçiləri 2023-cü ildə təsisçisi İlon Maskın “Twitter”i idarə etməyə daha çox vaxt ayırmaq qərarı fonunda şirkətdəki maliyyə problemlərinə görə ixtisarların yeni dalğasına düşəcəklər.