Malayziyada evlərin birində 60 kiloqramlıq piton aşkar edilib.
Lent.az "World of Buzz" nəşrinə istinadən xəbər verir ki, nəhəng ilanı 15 yaşlı qız məktəbdən evə qayıdarkən vanna otağının tavanında görüb.
İlan evdən çıxarılması üçün mütəxəssislər çağırılıb. Onun mənzilə açıq qapıdan daxil olduğu iddia olunur.