Parisdə iğtişaş törədən kürd icmasının 11 üzvü saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Onlar dünən Parisdəki atışmada 3 həmyerlisinin ölümü ilə bağlı mitinq keçirmək istəyib.
Qarşıdurmalar zamanı 31 polis əməkdaşı və bir iğtişaşçı yaralanıb.
İğtişaşçılar həmçinin zibil qutularını yandırıb, avtobus dayanacaqlarını, səkiləri sındırıblar.