Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstanda xidmətə başlayıb.
Lent.az xəbər verir ki, bu barədə KTMT Baş Katibliyi məlumat yayıb.
Qazaxıstan hüquq-mühafizə orqanlarının yaydığı xəbərə görə isə iğtişaşların onlarla iştirakçısı məhv edilib.
Həmçinin, iğtişaşlarda 12 polis ölüb, yüzlərlə adam yaralanıb.