"Krımda başlayıb, Krımda da bitəcək" - Ukrayna Prezidentinin keçmiş nümayəndəsi Lent az-a danışdı
12 sentyabr 2022 15:34 (UTC +04:00)

"Krımda başlayıb, Krımda da bitəcək" - Ukrayna Prezidentinin keçmiş nümayəndəsi Lent az-a danışdı

Lent.az hüquq elmləri doktoru, professor, 2017 - 2018-ci illərdə Ukrayna Prezidentinin Krım üzrə xüsusi nümayəndəsi olmuş Boris Babinlə müsahibəni təqdim edir

- 2014-cü ildə Avropa İttifaqı Krımın qeyri-qanuni ilhaqından sonra Rusiyaya qarşı geniş iqtisadi sanksiyalar tətbiq etmədi, həmçinin Rusiyada yüksək vəzifəli şəxslər və ya iş adamları sanksiyaya məruz qalmadı. Bu, Krım məsələsinin özü-özlüyündə Aİ-Rusiya münasibətlərində oyunu dəyişdirən bir keys olmadığı təəssüratını yaradır...

Boris Babin

- 2014-cü ildə Avropanın sanksiya siyasəti Krımın ilhaq cəhdinin tanınmaması siyasəti ilə əlaqələndi: beləliklə, kifayət qədər güclü sanksiyalar Rusiyada yerləşən strukturlara deyil, işğal olunmuş yarımadadakı maliyyə və biznes fəaliyyətlərinə yönəldildi. Əgər Rusiya biznesi, banklar və nəqliyyat şirkətləri Krımda fəaliyyət göstərməyə başlasaydı, o zaman onların Avropa İttifaqının sanksiya siyahısına düşməsi ilə bağlı real risklərlə üzləşirdi: hüquqi şəxslərə kimi bu benefisiarlar üçün keçərlidir. Beləliklə, bu siyasətin bəzi praktik və siyasi nəticələri oldu, 2022-ci ildən əvvələ qədər Rusiyanın əsas maliyyə strukturları, korporasiyaları və bəzi federal müəssisələri, məsələn, Rusiyanın dəmir yolları və poçt xidməti Krımda ən azı “rəsmi” olaraq fəaliyyət göstərə bilmədi. 
Təbii ki, bu, ideal siyasət deyildi və bir çox marionet “Krımlı” (formal olaraq ayrılmış) şirkətlər Avropa sanksiyalarından yayınmaq üçün Rusiya dövləti və oliqarxlar tərəfindən qeydiyyata alındı. Nəticədə Krım məsələsi 2014-cü ildən bəri Aİ ilə Rusiya arasında münasibətləri dəyişdirdi və 2022-ci ildə Rusiyanın Ukraynaya geniş miqyaslı işğalı başlayanda siyasətin tam yenidən nəzərdən keçirilməsi üçün fon (bakraund) rolu oynadı.

- Keçən il yaradılmış Krım Platforması təşəbbüsü və onun effektivliyi barədə soruşmaq istərdim. Ötən ay baş tutan son görüşün nəticələrini necə qiymətləndirərdiniz? 

- 2022-ci ilin avqustunda Krım Platformasının ikinci sammiti onlayn formatda baş tutdu və bu, dünyanın sivil dövlətləri tərəfindən Ukraynaya davamlı qlobal dəstəyi bir daha əks etdirdi. Məruzəçilərinin əksəriyyəti müvafiq ölkələrin dövlət başçıları və baş nazirləri səviyyəsində olan bur forum mühüm qlobal konfranslarla müqayisə oluna bilər, həmçinin Aİ və BMT-nin əsas rəsmilərinin sammitdə iştirakı əhəmiyyətli idi.
Krım Platforması sammitində iştirakçı dövlətlərin təkcə 2014-cü ildən bəri Rusiya tərəfindən pozulan beynəlxalq hüququ deyil, həm də Rusiyanın təcavüzünə qarşı mübarizə aparan Ukrayna xalqını dəstəkləmək iradəsini əks etdirdi. 

- Ukraynanın xarici işlər naziri cənab Kuleba son mətbuat konfranslarından birində bildirdi ki, “hər şey Krım yarımadasından başlayıb və müharibə orada, Krımın azad edilməsi ilə bitəcək”. Sizcə, döyüş o vaxta qədər davam edəcəkmi? 

- Xatırladım ki, bir il əvvəl Krım Platformasının ilk sammitində Ukraynanın yarımadaya nəzarətinin bərpası istiqamətində əsas forma vasitə kimi siyasi və diplomatik addımlar göstərilmişdi; lakin Rusiyanın Ukraynaya geniş miqyaslı işğalı vəziyyəti kökündən dəyişib. Beləliklə, Krımın azad edilməsi üçün hərbi komponent vacib ola bilər və sentyabrın 7-də Ukrayna Silahlı Qüvvələrinin Komandanı Valeri Zalujnı və general-leytenant Mixailo Zabrodskinin bu perspektivlə bağlı geniş müsahibəsi dərc olunub.  Məqalə müəllifləri qeyd edir ki, Krım Rusiya təcavüzünün cənub strateji cinahında rabitə xətləri üçün vacib rol oynayıb və bur rolda qalır.
Ukrayna  rəsmiləri Krımın işğaldan azad edilməsi yollarını elan etmir, lakin bu 2022-ci ilin aprelində Ukraynanın Şimal-şərqinin və 2022-ci ilin sentyabrında Xarkov vilayətinin rayonlarının işğaldan azad edilməsinə bənzəyə bilər – sürətli, genişmiqyaslı və hər bir kənddə Rusiyanın güclü müqaviməti olmadan. Tarixdən də bildiyimiz kimi, Krım yarımadası hücumlar üçün yaxşı platformadır, lakin onu materik (əsas quru) ordusundan müdafiə etmək o qədər də asan deyil, düşünürəm ki yarımadanın hərbiləşdirilmiş işğaldan azad edilməsi onun infrastrukturu və təbii irsi tam məhv edilmədən həyata keçirilə bilər. 

- Ukrayna cəmiyyətində Krımın qaytarılması ideyasına dəstək nə dərəcədə güclüdür? Bu ideya müharibədə “səfərbərlik” amilidirmi? 

- Ukrayna cəmiyyəti birbaşa qəbul edir ki, məhz Rusiya tərəfindən işğal olunmuş Krım 2022-ci ilin fevralından Ukraynanın əsas hissəsinə qarşı irimiqyaslı təcavüzün və Rusiyanın Xerson, Kaxovka, Melitopol, Berdiansk və s. işğalının əsas  vasitəsinə çevrilib. Aydındır ki, yarımadanın ərazisi rus işğalçılarına müvafiq qoşun qruplarını və maddi ehtiyatları yerləşdirməyə imkan verdi xüsusilə də “Krım körpüsü” tikildikdən sonra onun avtomobil və dəmir yolu hissələri vasitəsilə bu daşınma oldu.

Eyni zamanda, 2014-cü ildən sonra Krım Qara Dəniz Donanmasının əsas bazasına və 2022-ci ilin fevralından Ukrayna ərazisinin demək olar ki, bütün ərazilərinə raket və hava hücumları üçün istifadə edilən aerodromlar və anbarlar şəbəkəsinə çevrildi. İndi aydındır ki, yalnız Krımın azad edilməsi və demilitarizasiyası Ukrayna xalqına Rusiya militarizminin növbəti təhdidləri olmadan sülh və davamlı inkişaf içində yaşamasına imkan verəcək, ona görə də Ukrayna cəmiyyəti işğaldan azad etmək üçün bu hərəkətləri “səfərbərlik faktoru” kimi deyil, lakin həyati zərurət kimi çox yaxşı başa düşür. 

- Ukrayna Krımın qaytarılması ideyasını reallaşdırmaq üçün nə dərəcədə lazımi resurslara və beynəlxalq dəstəyə malikdir? 

- ABŞ və Avropa ölkələrinin Ukraynaya azadlıq uğrunda mübarizəsində bu ölkəyə hərbi, resurslar və maliyyə dəstəyi güclü və müasir bəşəriyyət tarixində misilsizdir. Ukraynanı dəstəkləyən bütün ölkələr onun Krım üzərində suverenliyini tanıyır və yarımada ilə bağlı Ukraynanın tərəfdaşları tərəfindən irəli sürülən hər hansı şərt və ya istisnalar barədə və ya müvafiq dəstəklə bağlı məlumatım yoxdur. Belə bir dəstək, görünür, Krım da daxil olmaqla, Ukrayna ərazisinin tam işğaldan azad edilənə qədər davam edəcək.

- Ukrayna tərəfinin son səkkiz ildə nə qədər rusiyalının Krıma köçdüyü barədə məlumatı varmı və Ukrayna yarımadaya nəzarəti bərpa etsə, həmin insanların taleyi necə olacaq?  

- 2014-cü ildən bəri Rusiya Krımı öz əhalisi tərəfindən müstəmləkə etmək kimi cinayət siyasətini həyata keçirir və onun birbaşa Kreml tərəfindən təşkil edilmiş rus hərbçiləri və “mülki məmurları” ailələri ilə birlikdə yarımadaya köçürülməsi, habelə rusların "öz iradəsi ilə" Krıma köçürmələri üçün stimullaşdırma formaları. 2014-cü ildən sonra Ukrayna hakimiyyətinin icazəsi olmadan Krıma köçürülən bütün Rusiya vətəndaşları yarımadada qeyri-qanuni yaşayır və yarımada işğaldan azad edildikdən sonra onlar Ukraynanın Krımını tərk etməlidirlər, əks halda təbii ki, müvafiq humanitar standartlara uyğun olaraq Rusiyaya deportasiya ediləcəklər.

Beynəlxalq hüquq Ukrayna hakimiyyətinə bu şəxslərin hərəkət etmək və belə vəziyyətdə yaşamaq hüququnu pozmağa icazə verir. Çünki Ukrayna Rusiyanın təcavüzünün qurbanıdır və hərbi vəziyyət qüvvədədir və Krımın işğaldan azad edilməsi zamanı da qüvvədə olacaq. 

- Krımda Rusiyanın idarəçiliyi nəyə əsaslanır? Ukrayna tərəfinin bəyan etdiyi kimi hüquq-mühafizə orqanlarının sərt təzyiqinə və təbliğat maşınına? 

- Krımda Rusiyanın “idarəetməsinin” əsas aləti Rusiya ordusudur, çünki yarımada Rusiyanın nəzarətində olan ən hərbiləşdirilmiş ərazilərdən biridir. Deməli, Rusiyanın cəza strukturları və təbliğat, həm də əməkdaşlıq edən yerlilər Krımda rus ordusu üçün əlavə amillərdir; deməli, bölgənin rus qoşunlarından demilitarizasiyası onun demək olar ki, avtomatik işğaldan azad edilməsinə səbəb olacaq

- Mən həmçinin yarımadada insan haqların pozulması ilə bağlı xəbərlər barəsində soruşmaq istəyirəm, xüsusilə də Krım tatarları...

- Hazırda rus işğalçıları yarımadada və Xerson vilayətində əsir götürülmüş Krım tatarlarını 2016-cı ildən formalaşan Krımla inzibati xətdə Ukrayna Dövlət Mühafizə Xidmətinə yardım edən mülki birlik "Noman Çelebidjixan" adına könüllü Krım tatar batalyonunda iştirakda ittiham edirlər.

Rus işğalçıları ayrıca adıçəkilən ictimai birləşmənin guya “üzvlərinə”, o cümlədən batalyonla heç bir əlaqəsi olmayan şəxslərə qarşı repressiyalar həyata keçirir. Krım tatarlarının Xerson vilayət məclisinin sədr müavini Nəsrulla Seydəliyev də daxil olmaqla, bu şəhərdə və Heniçesk rayonunda on belə həbs və ya oğurluq faktı məlumdur. Rusiyanın irimiqyaslı təcavüzü başlamazdan əvvəl daha altı Krım tatarı adı çəkilən batalyonda “iştirak” ittihamı ilə Krımda işğalçılar tərəfindən  “məhkum edilib”.
Zümrüd Paşkin

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Oxşar yazılar