İngiltərə kraliçası II Elizabetin 61 yaşlı oğlu, York hersoqu Şahzadə Endryu COVID-19-a yoluxub.
Lent.az xəbər verri ki, Bukingem Sarayının sözçüsü, Şahzadə Endryunun koronavirus testinin müsbət çıxdığını bildirib.
Onun sabah Kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümündə Müqəddəs Paul Katedralında keçiriləcək Şükranlıq tədbirində iştirak edə bilməyəcəyi açıqlanıb.
Endryu da Kraliça Elizabethin Platin Yubileyi çərçivəsində bu gün kral ailəsinin üzvləri ilə Bukingem sarayında balkona çıxmayıb.