Böyük Britaniyanın Kral Sarayı mərhum kraliça II Yelizavetanın sonuncu rəsmi portretini dünyaya nümayiş etdirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, foto “Twitter”də yerləşdirilib.
Şəkil kraliçanın dəfn mərasimindən əvvəl yayımlanıb.
Şəkil bu mərhələyə çatan ilk Britaniya monarxı olan Əlahəzrətin Platin Yubileyini xatırlamaq üçün çəkilib.
Xatırladaq ki, II Yelizaveta sentyabrın 9-da 97 yaşında vəfat edib. Onun böyük oğlu III Çarlz yeni kral olub.
Mərhum kraliça bu gün dəfn edilib.