Ceff Bezos, “Amazon” şirkətinin yaradıcısı
13 iyun 2021 08:14 (UTC +04:00)

Ceff Bezos, “Amazon” şirkətinin yaradıcısı

Kosmosa sonuncu uçuş "bilet"i FANTASTİK QİYMƏTƏ SATILDI

“Amazon” şirkətinin yaradıcısı Ceff Bezosla bir kosmik aparatda kosmosa uçuş imkanı hərracda 28 milyon dollara satılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Blue Origin” kosmik şirkəti tərəfindən keçirilmiş hərracın nəticələri göstərir.

“Yer 28 milyon dollara 107 nömrəli adama satıldı”, - deyə hərracın sonunda elan edilib.

“Amazon”un qurucusu və onun qardaşı ilə kosmosa getmək imkanını kimin əldə etdiyi hələlik məlum deyil. “New Shepard” gəmisi ilə kosmosa uçacaq şəxsin adı bir neçə həftədən sonra açıqlanacaq.

Uçuş iyul ayının 20-də “New Shepard” gəmisi ilə həyata keçiriləcək.

# 7518
avatar

Oxşar yazılar