Korrupsioner məmura ölüm cəzası  verildi
24 iyun 2025 16:25 (UTC +04:00)

Korrupsioner məmura ölüm cəzası verildi

Çində məhkəmə Xalq Siyasi Məşvərət Şurasının Hunan Əyalət Komitəsinin keçmiş sədr müavini Dai Daojini rüşvətxorluğa görə ölüm cəzasına məhkum edib.

Lent.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, Quandun əyalətinin Çjuhai Aralıq Xalq Məhkəməsi keçmiş məmurun işi üzrə hökmü elan edib. “Müttəhim rüşvətxorluğa görə iki il möhlət verilməklə ölüm cəzasına məhkum edilib”, - deyə məlumatda bildirilir. O, həmçinin ömürlük siyasi hüquqlarından məhrum edilmə və bütün şəxsi əmlakı müsadirə olunub.

Vəzifəli şəxsin qanunsuz əldə etdiyi əmlak və ondan əldə edilən gəlir dövlət xəzinəsinə keçiriləcək.

Məhkəmə müəyyən edib ki, Dai Daojin müxtəlif vəzifələrdə vəzifəsindən istifadə edib. O, bilavasitə və ya qohumları vasitəsilə “107 milyon yuandan (təxminən 14,9 milyon dollar. – Red.) artıq məbləğdə maliyyə və maddi sərvətləri qanunsuz əldə edib”.

Çində məhkəmənin korrupsiya cinayətlərinə görə iki illik möhlətlə ölüm hökmü çıxarması qeyri-adi hal deyil – bundan sonra ölüm hökmü ömürlük həbslə əvəz oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar

İran hava məkanını  açdı

İran hava məkanını açdı

24 iyun 2025 , 22:12
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi

Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi

24 iyun 2025 , 21:49
Özünə bəysiz toy edən qadın ÖLDÜ

Özünə bəysiz toy edən qadın ÖLDÜ

24 iyun 2025 , 19:07
9 yaşlı qızla   evlənmək istəyən kişi tutuldu

9 yaşlı qızla evlənmək istəyən kişi tutuldu

24 iyun 2025 , 18:09
İsrail İranın daha bir nüvə alimini  öldürdü

İsrail İranın daha bir nüvə alimini öldürdü

24 iyun 2025 , 18:00
İranın kəşfiyyatçı generalı  da öldürüldü

İranın kəşfiyyatçı generalı da öldürüldü

24 iyun 2025 , 17:11
İsrail daha bir İran generalını   öldürdü

İsrail daha bir İran generalını öldürdü

24 iyun 2025 , 16:27
"Sünnət olunmadığımı Qareginə sübut edə bilərəm" - PAŞİNYAN

"Sünnət olunmadığımı Qareginə sübut edə bilərəm" - PAŞİNYAN

24 iyun 2025 , 14:40