Koronavirusun Omikron ştamının yeni variantı  aşkar edildi
12 iyun 2022 03:16 (UTC +04:00)

Koronavirusun Omikron ştamının yeni variantı aşkar edildi

Rusiyada koronavirusun Omikron ştamının alt variantı olan BA.4 aşkar edilib. 

Lent.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rospotrebnadzorun laboratoriya müdiri Kamil Hafizov məlumat verib.
Hafizov bildirib ki, laboratoriyada koronavirusun genomu olan BA.4 aşkar edilib və bu omikron ştamının alt variantı kimi qəbul edilir. Biomaterial may ayının sonunda götürülüb.

Laboratoriya müdiri bildirir ki, kütləvi vaksinasiya virusun müxtəlif variantlarının geniş yayılmasına imkan vermir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1434
avatar

Oxşar yazılar