Koronavirusun daha güclü ştammı gəlir? - ÜST rəhbəri narahatdır
04 iyun 2022 19:10 (UTC +04:00)

Koronavirusun daha güclü ştammı gəlir? - ÜST rəhbəri narahatdır

Koronavirusun yeni və daha güclü ştammı yarana bilər.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə iyunun 3-də Slovakiyanın paytaxtı Bratislavada keçirilən “Globsek-2022” təhlükəsizlik konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Qebreyesusun sözlərinə görə, ÜST “bəzi regionlardakı tendensiyalardan” narahatdır. Onun sözlərinə görə, xüsusilə, Afrika və Qərbi Sakit Okean regionunda ölənlərin sayı artır. Öz növbəsində Amerikada həm COVID-dən ölüm, həm də xəstələnmə halları artır.

"Pandemiyanın bitdiyini söyləmək hələ tezdir. O, bitməyib", - deyə, təşkilatın rəhbəri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4041
avatar

Mehman Nəbiyev

Oxşar yazılar