Koronavirusa qarşı peyvənd toz formasında buraxılacaq - Rusiyada
24 dekabr 2020 16:18 (UTC +04:00)

Koronavirusa qarşı peyvənd toz formasında buraxılacaq - Rusiyada

Rusiyanın yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndi “Sputnik V” toz formasında buraxılacaq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib.

Onun sözlərinə görə, hazırda maye halında istehsal olunan “Sputnik V” peyvəndi 2021-ci ildə toz formasında buraxılacaq.

Qeyd edək ki, Rusiya bu il avqust ayının 11-də dünyada COVID-19 əleyhinə ilk peyvəndi qeydiyyatdan keçirdiyini açıqlayıb. “Sputnik V” adını alan peyvənd iki dozada istehsal olunur.

# 1428
avatar

Oxşar yazılar