Kişi yanacaqdoldurma məntəqəsində ailəsinin gözü qarşısında bıçaqlandı 
09 oktyabr 2022 02:37 (UTC +04:00)

Kişi yanacaqdoldurma məntəqəsində ailəsinin gözü qarşısında bıçaqlandı 

Hadisə Fransanın Savua departamentində baş verib.

Lent.az xəbər verir ki, 23 yaşlı gənc yanacaqdoldurma stansiyasında növbə gözləyərkən başqa ölkədən olan maşının onun qarşısına keçməsinə dözməyib.

O, maşından düşərək qarşıya keçən avtomobilin sürücüsünə 6 bıçaq zərbəsi endirib.  Hadisə sürücünün 2 körpə uşağının gözü qarşısında baş verib.  hadisəni törədən şəxs qaçsa da, polis onu ələ keçirib. Bıçaqlanan şəxs reanimasiyaya yerləşdirilib.

Zərərçəkən şəxsin 33 yaşlı Cenevrə sakini olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2370
avatar

Oxşar yazılar