Keçmiş müdafiə naziri vəfat etdi
01 iyul 2021 02:55 (UTC +04:00)

Keçmiş müdafiə naziri vəfat etdi

ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld 88 yaşında vəfat edib.

APA “France Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Ramsfeldin “Twitter” hesabında qohumları tərəfindən edilən paylaşımda qeyd olunub ki, keçmiş nazir Nyu-Meksiko ştatında qohumlarının əhatəsində dünyasını dəyişib. Siyasətçinin ölüm səbəbləri qeyd edilməyib.

Donald Ramsfeld 1932-ci ildə Çikaqoda anadan olub. Karyerası boyunca Pentaqona iki dəfə -  1975-1977-ci illərdə Cerald Ford administrasiyasında, daha sonra 2001-2006-cı illərdə Corc Buş administrasiyasında rəhbərlik edib. Karyerasına donanmada başlayan Ramsfeld daha sonra siyasətə qoşulub və Konqresdə çalışıb. Bütün dünya üzrə ABŞ həbsxanalarında məhkumlara qarşı edilən işgəncələrlə bağlı ortaya çıxmış qalmaqal onun müdafiə naziri kimi karyerasına da son qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581
avatar

Oxşar yazılar