4-cü çağırış Ukraynanın keçmiş xalq deputatı Sergey Slabenko Rusiya ilə müharibədə həlak olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bvu barədə Ali Radanın Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Sergey Slabenko 2023-cü il avqustun 4-də Zaporojye istiqamətində gedən döyüşlər zamanı həlak olub.
"Sergeyi evdə arvadı, oğlu və qızı ilə gözləyirdi", - məlumatda deyilir.
Slabenko - Ukraynanın keçmiş xalq deputatı (2002-2006) Ukrayna Ali Radasının Hüquq siyasəti komitəsinin məhkəmələrin fəaliyyəti, məhkəmə prosesi və məhkəmə-hüquq islahatları üzrə alt komitəsinin sədri olub.