Türkiyədə ana maşının üzərinə çıxaraq 40 kilometr yol gedib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Düzcə bölgəsində qeydə alınıb.
Bu gün səhər saatlarında qadının keçmiş həyat yoldaşı 14 yaşlı uşağını maşınına mindirərək qaçırmaq istəyib. Bu zaman qadın avtomobilin “kapot”undan yapışıb. Qadın bu yolla 40 km məsafə qət edib.
Vəziyyəti anlayan məhəllə sakinləri onları təqib edərək nəqliyyat vasitəsini saxlamaq istəyiblər.
Dəhşət dolu anlar kameralara əks olunub.