Kahramanmaraşda düz 909 il əvvəl 1114-cü ildə daha bir dəhşətli zəlzələ olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, urfalı tarixçi Mateos həmin gecə baş verənləri gündəliyində belə təsvir edir:
“O, dərin yuxuya gedərkən qəfil yüksək səs gəldi. Yer şiddətlə titrədi, qayalar yarıldı, təpələr çatladı. Maraşın taleyi o qədər fəlakətli olub ki, 40 minə yaxın insan həlak olub. Dağlar və təpələrdən sanki şiddət səsləri gəlirdi. Onlar canlı heyvan kimi səslənirdilər. Bütün düzənliklər və dağlar mis kimi cingildəyir, ağac kimi yellənirdi. İnsanlar ağır xəstələr kimi inildəyirdi. Bu səslər zəlzələdən sonra təxminən bir saat gecə eşidilirdi. Hər kəs öz həyatından ümidini kəsir və hesab edirdi ki, qiyamət gəlib. Həmin gecə bir çox şəhər və rayonlar viran qaldı”.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan iki böyük zəlzələ baş verib.