Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyadan gedənlərə yubka geyinib özlərinə qadın adı qoymalarını tövsiyə edib.
“Çətin vaxtlarda vətənini qoyub xaricə gedənləri anlamıram. Belə qorxaqlara məsləhət görürəm ki, yubka geyinsinlər, adını dəyişib qadın olsunlar. Baxmayaraq ki, tariximizdə hətta qadınlar da kişilərlə bərabər şəkildə sona qədər mübarizə aparmağa cəsarət göstəriblər”, - Kadırov bildirib.
Çeçenistan rəhbəri əlavə edib ki, ölkədə yalnız qismən səfərbərlik elan edilib, lakin bu, hər bir şəxsə öz vəzifəsini yerinə yetirmək və döyüşdə faydalı bacarıqlar təklif etmək üçün kifayətdir.