Kabil polisi bu şəxslərdən  təşkil olunacaq
13 sentyabr 2021 07:43 (UTC +04:00)

Kabil polisi bu şəxslərdən təşkil olunacaq

Yaxın gələcəkdə Kabildə polis bölmələri Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının silahlılarından və keçmiş hökumətə xidmət edən təhlükəsizlik xidməti əməkdaşlarından təşkil olunacaq.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı məlumat yayıb.

“Hazırda Kabildə yerləşən “Taliban” qüvvələri tezliklə keçmiş hökumətin təhlükəsizlik qüvvələri və döyüşçülərimizdən ibarət birləşmiş polis qüvvəsi ilə əvəz olunacaq. Hamısının xüsusi fərqli geyim formaları olacaq”, - deyə telekanal radikalların nümayəndəsindən sitat gətirib.

Qeyd edək ki, Kabil sakinləri “Taliban” rəhbərliyini küçələrdə keşik çəkən hüquq-mühafizə orqanlarının əməkdaşları üçün xüsusi forma təqdim etməyə çağırıb.

# 1554
avatar

Oxşar yazılar