Jurnalist  YOXA ÇIXDI
16 avqust 2022 16:43 (UTC +04:00)

Jurnalist YOXA ÇIXDI

Moskvada jurnalist yoxa çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Moskovski Komsomolets” qəzetinin müxbiri Lev Speranski bu gün işə gəlməyib.

Onun mobil telefonu söndürülüb, özündən isə xəbər yoxdur. Məlumata görə, bu gün səhər jurnalistin yaşadığı evə gedən polis işçiləri içəri daxil olmaq istəsə də, nail ola bilməyib. 

Lev Speranski öz araşdırmaları ilə tanınır. 

Son anda yayılan məlumata görə, jurnalist Lev Speranskini polis saxlayıb. O, istintaqa cəlb edilib.

Onun və həyat yoldaşının mobil telefonları əllərindən alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Fidan İlqar

Oxşar yazılar