Jerar Depardye
16 aprel 2022 11:49 (UTC +04:00)

Jerar Depardye

"Jerar Depardye Rusiya vətəndaşlığından çıxarılsın" - Partiya sədri özündən çıxdı

Məşhur fransız aktyor Jerar Depardyenin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatları ilə bağlı fikirləri “Ədalətli Rusiya - Həqiqət naminə” Partiyasının sədri Sergey Mironovu özündən çıxarıb.

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mironov Jerar Depardyeni Rusiya vətəndaşlığından məhrum etməyi təklif edib. 

Aktyorun Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını qınadığın deyən partiya sədri onu təxribatçı adlandırıb.

Miranovun sözlərinə görə, Rusiyanın mövqeyinə qarşı çıxan hər kəs vətəndaşlıqdan məhrum edilməlidir. 

Miranov həmçinin, Depardyenin 2013-cü ildə Rusiya vətəndaşlığını almasını belə izah edib: 

“Jerar Depardye gəlirinin 56 faizini Fransada ödəmək istəmir. 13 faiz gəlir vergisindən yayınmaq üçün o, Rusiya vətəndaşlığını alıb. Belə insanlar mütləq vətəndaşlıqdan çıxarılmalıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2046
avatar

Sevinc Fərid

Oxşar yazılar